Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Siyasət 128

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verib.

Qeyd edilib ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

***10:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Son xəbərlər