Ağdaşda bir nəfər kanalda batıb
10
may
2025
11:12
Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində bir nəfərin kanalda batması barədə ilkin məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
Oxşar xəbərlər
Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq
Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib. BAKU....