Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimov, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də təmsil etdikləri qurumların əməkdaşları Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

***10:51
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dövlət qurumlarının rəsmiləri dahi şəxsiyyətin xatirəsini anırlar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvləri Ramil Usubov və Mədət Quliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.


Həmçinin səhiyyə naziri Teymur Musayev, energetika naziri Pərviz Şahbazov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ulu öndər Heydər Əliyevin xatirəsini məzarı başında yad ediblər.

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov ulu öndərin xatirəsini hörmətlə anıb, məzarı üstünə çiçək dəstələri düzüblər.



Oxşar xəbərlər
"Haber Global"dan Heydər Əliyevlə bağlı videoçarx: "Türk dünyasının ən böyük öncüllərindən biri"
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. "Haber Global" ulu öndərin xatirəsini anıb və bununla bağlı maraqlı videomaterial hazırlay...
