"Şəki" restoranı sökülür
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülür.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.
Restoranın sökülməsini əks etdirən görüntünü təqdim edirik:
Xatırladaq ki, avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi - metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....