Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır
Mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır.
BAKU.WS xəbər verir ki, bu barədə "Bizimləsən" verilişində görüntülər nümayiş olunub.
Aparıcı Zaur Baxşəliyev qeyd edib ki, Cəmaləyə dəfələrlə yardım təklifi edilsə də o heç kimin köməyini qəbul etmir.
"Uzun müddət əvvəl Azərbaycandan gedib. Niyə görə gedib? Küsüb gedib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsə də qəbul etmir, gizlənir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Mirzəyeva Ceyhun qızı" - deyə, Zaur bidlirib.
Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub. O, 32 il əvvəl dünyasını dəyişib.
Oxşar xəbərlər
85 mindən çox vətəndaşı SEVİNDİRƏCƏK XƏBƏR
Şamaxı Rayon İcra Hakimiyyəti şəhər ərazisində yolların əsaslı təmirini həyata keçirəcək. BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 517 min ma...