Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir
Bərdə rayonu, Darğalar kənd sakinləri illərdir davam edən suvarma problemindən şikayətçidirlər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sakinlər mövcud çətinlik səbəbindən kəndin 80 hektardan artıq əkin sahəsinin becərilmədiyini deyirlər.
"Torpaq sahələrimiz var, bura bizim iş yerimizdir. Lakin su olmadığı üçün tərəvəzimizi də bazardan pul ilə almaq məcburiyyətində qalırıq. Çox əziyyət çəkirik", - deyə kənd sakinlərindən biri narazılığını ifadə edib.
Digər bir vətəndaş isə vurğulayıb: "Bir neçə ildir buradan torpaq sahəsi almışam, lakin sulaya bilmirəm. Vəziyyət, həqiqətən, çox acınacaqlıdır. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizə kömək etsinlər".
Oxşar xəbərlər
Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS
Mobil nömrələrin uzun müddət istifadəsiz qalması onların bağlanmasına və daha sonra yenidən satışa çıxarılmasına səbəb ola bilər. Bu isə həmin nömrə ilə müxtəli...