Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir?
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib.
Agentlik direktoru məsələnin araşdırılacağını, səbəblərin aydınlaşdırılacağını əlavə edib.
Qeyd edək ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.
Oxşar xəbərlər
Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS
Mobil nömrələrin uzun müddət istifadəsiz qalması onların bağlanmasına və daha sonra yenidən satışa çıxarılmasına səbəb ola bilər. Bu isə həmin nömrə ilə müxtəli...