VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanlı səyyah Ramil Ziyadovu Azərbayva və Türkiyə bayraqlarına görə Misirdə saxlayıblar.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan-Türkiyə bayraqlı forma geyərək Avropa və Afrikanın bir çox ölkəsini velosipedi ilə gəzən 37 yaşındakı səyyah agent olmaqla ittiham olunub.
 
Misirdən Türkiyəyə qayıdan azərbaycanlı hava limanında mətbuata açıqlama verərək başına gələnləri danışıb: "İki ildir yollardayam. Çin Səddindən İspaniyaya qədər pedal çevirdim, amma bu cür hadisə ilə heç yerdə rastlaşmadım. Misirdə ya səyyahlara, ya da türklərə qarşı aqresiya var. Üzərimdəki bayraqları görən bir avtomobil mənim qarşımı kəsdi. Silah çəkdilər, agent olduğumu söylədilər. Məni götürüb məcburi Qahirəyə apardılar. Bir gün nəzarətdə saxladılar. Cibimdəki 400 dolların hamısını əlimdən aldılar. Misirə gəlməyimin qadağan olduğunu söylədilər", - deyə səyyah bildirib. 
 

 

Türk mədəniyyətini yaymaq üçün çox sayda ölkə gəzdiyini söyləyən Ziyadov Misirdə yaşadığı hadisədən çox kədərləndiyini etiraf edib. Bütün pulunu aldıqları üçün azərbaycanlı səyyah səyahətini yarıda kəsmək məcburiyyətində qalıb.
 
Misirdən sonra Efiopiyaya keçmək planını ləğv edən Ramil Türkiyəyə geri qayıdıb. Əvvəllər fermer olan Ziyadov sonradan bütün malını sataraq dünyanı gəzmək qərarı verib. O, öz imkanlarıyla çox sayda ölkəni gəzib.
 
ŞAHİN Həbibov
BAKU.WS