Azərbaycanlı sərnişinləri İrəvana göndərmək istədilər

Azərbaycanlı sərnişinləri İrəvana göndərmək istədilər
Hadisə 1110

Monteneqronun Tivat şəhərindən çarter aviareysi ilə Bakıya gələn azərbaycanlılar şok hadisə ilə üzləşiblər.

Təyyarə sərnişinlərindən birinin BAKU.WS-ə verdiyi məlumata görə, Monteneqro hava limanında elekrton tabloya Bakı əvəzinə İrəvan yazılıb. Bunu görən azərbaycanlı sərnişinlər hava limanının məsul şəxslərinə müraciət edərək nə baş verdiyi öyrənməyə çalışıblar.

Sonradan məlum olub ki, tabloya Bakı əvəzinə İrəvan yazılıb. Sərnişinlər yol verilmiş səhvin dərhal düzəldilməsini tələb ediblər. İlk öncə bu tələblərə elə də ciddi reaksiya verilməyib. Ancaq sonradan azərbaycanlı sərnişinlərin səs-küyü nəticəsində yol verilmiş nöqsan aradan qaldırılıb. 

Azərbaycanlı sərnişinlərin BAKU.WS-ə göndərdiyi fotoları oxucularımıza təqdim edirik:

ŞAHİN Həbibov

BAKU.WS 

Son xəbərlər