Azərbaycanda dəhşətli cinayət - 6 nəfər ruhi xəstəni "cin çıxarma" adı ilə döyüb öldürdü - FOTO (YENİLƏNİB)

Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.


və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS
*** 10:41 ***
Şabran rayonunda fırıldaqçılar Bakı şəhər sakinini döyüb öldürüblər.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.
Araşdırmalarla məlum olub ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma" müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.
BAKU.WSOxşar xəbərlər
18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib - Hadisənin təfərrüatı
Oktyabrın 13-də Şabran rayonu Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyevin ölümünün təfərrüatı məlum olub“Qafqazinfo”nun məlumatına g...
