Azərbaycanda arvadı küsərək evdən gedən kişi özünü asıb
21
iyn
2018
17:59
Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.BAKU.WS "report"a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə - Quba rayonuna gedib. Bundan əsəbləşən C.Məmmədov intihar edib.Ailənin üç oğlan övladı var.İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırılır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı 27 yaşlı gənc özünü asıb
Bakı şəhərində 27 yaşlı gənc intihar edib.Binəqədi rayonunun Binəqədi qəsəbəsində 1991-ci il təvəllüdlü Ziya Heydərli yaşadığı evdə özünü asıb.Faktla bağlı Binə...