Azərbaycanda sərxoş kişi iki polisi döydü

Azərbaycanda sərxoş kişi iki polisi döydü
Hadisə 1550
 

Şabranda iki polis əməkdaşı xidmətdə olarkən döyülüb.

APA-nın məlumatına görə, hadisə Şabran şəhərində qeydə alınıb. Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M. Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.

M. Hüseynov saxlanılıb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ana və oğlu 5 polisi döydü

Bakıda ana və oğlu 5 polisi döydü

Bakıda istintaq işi ilə bağlı zərərçəkmiş şəxslərlə görüşən Daxili İşlər Nazirliyinin məsul şəxsləri hücuma məruz qalıblar. "Qafqazinfo”nun əldə etdiyi məlumat...

7620 Hadisə 10:58 20 may 2016

Son xəbərlər