Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinkada dəyişiklik
Foto
Sosial 10

"28 May" Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.

BAKU.WS xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq "28 May" NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.

Moskva prospekti, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.

Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə, metronun "20 Yanvar" stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər