SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.


BAKU.WS
-in məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, M. Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

M. Əhmədovun saxlanması barədə ilk xəbəri "Bizimyol.info” saytı yayıb. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

 

BAKU.WS