Azərbaycanın məşhur veteran futbolçusu saxlanıldı
Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.
BAKU.WS-in məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, M. Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb. Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. M. Əhmədovun saxlanması barədə ilk xəbəri "Bizimyol.info” saytı yayıb. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.
BAKU.WS
Oxşar xəbərlər
Cahangir Hacıyev həbs edildi
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib. BAKU.WS xəbər verir ki, APA-nın əldə etdiyi məlumata...