SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Neftçalada 62 yaşlı qadın intihar edib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
 
Kənd sakini, 62 yaşlı Sədaqət Əyyub qızı Əliyeva gecə saatlarında həyətlərindəki damda özünü asaraq intihar edib.
 
O, səhər saatlarında yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.
 
İntiharın səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS