SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.


Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəislərinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəislərinin, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olub.

Müşavirənin yekunu olaraq, bu gün axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb.

Həmçinin, Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

Ziya Səccad
BAKU.WS