"Yeraltı"nın 17 yaşlı aktrisanın atası prokurorluğa müraciət etdi: "Qızımla münasibət qurub"
Türkiyənin "Yeraltı" serialında "Mələk" obrazı ilə tanınan 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçi ilə bağlı qalmaqallı iddia irəli sürülüb.
BAKU.WS xəbər verir ki, aktrisanın atası Ünal Çiftçi qızının serialdakı tərəf müqabili Hakan Çələbi ilə münasibət yaşadığını iddia edərək İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib.
İddiaya görə, Ünal Çiftçi qızının yazışmalarında özündən 10 yaş böyük aktyorla münasibətdə olduğunu gördüyünü və bundan narahat olduğunu bildirib. O, həmçinin qızının menecer şirkəti vasitəsilə həyata keçirilən fəaliyyətlərdə qanuni nümayəndə kimi razılığının alınmadığını iddia edib.
Şikayət ərizəsində menecer şirkətinin rəhbəri Gözde Yılmaz və aktyor Hakan Çələbi barəsində hüquqi tədbir görülməsi, həmçinin yetkinlik yaşına çatmayan qızının hüquqlarının qorunması tələb olunub.
Ünal Çiftçi hazırda boşanma prosesində olduğu həyat yoldaşının isə baş verənlərə etiraz etmədiyini bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
Səhhəti ağırlaşan Canseverdən yeni xəbər
Reanimasiyaya yerləşdirilən tanınmış Türkiyəli müğənni Cansever sağlamlıq durumu ilə bağlı yeni açıqlama verib. BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə he...