Gürcüstana gedən vətəndaşlar Bakıya qatarla qayıda bilmir - ADY-dən AÇIQLAMA
Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşib.
Bu barədə şikayət BAKU.WS-in qaynar xəttinə daxil olub.
Vətəndaş bildirib ki, özü və ailəsi ilə yanaşı, yüzlərlə azərbaycanlı Gürcüstandan Bakıya qayıtmaqda çətinlik yaşayır.
Onun sözlərinə görə, qatar biletləri tükənib. Bu səbəbdən onlar Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət ediblər.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna Azərbaycan Dəmir Yollarından bildirildi ki, yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletləri satılıb.
ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletlərini öncədən almağı tövsiyə edib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin...