Zərdabda maşın dirəyə çırpılıb, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndində baş verib.
"Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq işiq dirəyinə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər - Leyla İsmayılova ölüb, iki nəfər - Şəfaqət İsmayılova və Aybəniz İsmayılova xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda pasiyentlərin Bakı şəhərinə təxliyə olunması üçün tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...