Ayı bacı qardaşı yedi - GÖRÜNTÜLƏR

Ayı bacı qardaşı yedi - GÖRÜNTÜLƏR
Video
Hadisə 210

Hindistanın Çhattisqar ştatında ayının hücumu nəticəsində iki bacı-qardaş həyatını itirib, daha bir nəfər isə ağır xəsarət alıb.

BAKU.WS xəbər verir ki, hadisə Kanker rayonunda, Narharpur meşə ərazisinə yaxın kənddə baş verib.

Məlumata görə, bacı-qardaş tarlada işləyərkən ayının hücumuna məruz qalıb və hadisə yerində ölüb. Onlara kömək etmək istəyən digər şəxs isə ağır yaralanıb.

Bildirilir ki, ayı uzun müddət ölənlərin cəsədlərinin yanından uzaqlaşmayıb. Bu səbəbdən xilasedicilərin əraziyə müdaxiləsi çətinləşib. Hadisə şahidlərinin mobil telefonla lentə aldığı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Yerli sakinlərə zərurət olmadıqca evlərindən çıxmamaq tövsiyə olunub. Meşə xidməti əməkdaşları ayının zərərsizləşdirilməsi və ərazidə təhlükəsizliyin təmin edilməsi üçün əməliyyata başlayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər