Bu rayonlarda 16 gün QAZ OLMAYACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan etibarən 16 gün ərzində Samux, Şəmkir və Qazax rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı avqustun 5-i saat 18:00-dan 20.08.2026-cı il tarixində işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...