SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Qaradağ rayonunda mənzillərdən birinə basqın olub.


BAKU.WS
-in məlumatına görə, gecə saat 03:00-da Lökbatan qəsəbəsində üzlərində maska, əllərində isə bıçaq və tapança olan 3 nəfər naməlum şəxs qəsəbədə 1-ci massiv 4-cü küçədə yaşayan 1965-ci il təvəllüdlü Hafiz Əmirxanovun və arvadı 1970-ci il təvəllüdlü Fatilə Orucovanın evdə yatmış vəziyyətdə olduqları zaman açıq qapıdan evə daxil olublar.

Quldurlar səsə oyanan F.Orucovanı digər otağa aparıb orada əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra qadına hədə qorxu gələrək evdən 1000 manat, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl üzük və mobil telefonu götürüb gediblər.

Quldurlar evdən getdikdən sonra səhərə yaxın Hafiz Əmirxanov oyanıb arvadını digər otaqda əl-ayağı bağlı vəziyyətdə aşkar edib. Polis əməkdaşları hadisə yerinə baxış zamanı 1 ədəd alışqan tapança aşkar edərək götürüblər.

 

BAKU.WS