13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Gəncədə dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə noyabrın 26-da saat 15 radələrində qeydə alınıb. Daşkəsən rayon sakini Azər Məmmədov idarə etdiyi "Mercedes” markalı avtobusu şəhər sakini İlham Babayevə məxsus evin divarına vurub.
 
Nəticədə evin divarının bir hissəsi uçub, 18 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
 
Şahin Həbibov
BAKU.WS