İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi

İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi
Video
Dünya 136

İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən "Virgo Transport 8" bərəsinin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri İ Putu Sudayana bildirib.

Qeyd edilib ki, gəmidə 243 sərnişin və ekipaj üzvü olub. Gəmisi bazar günü səhər Şərqi Yavanın Surabaya şəhərindən yola düşdükdən sonra əlaqə itib. Sudayananın sözlərinə görə, xilasedicilər gəmiyə çatmaq üçün hündürlüyü 2,5 metrə (8,2 fut) çatan dalğalarla mübarizə aparıblar.

***10:14

İndoneziyada Yava dənizində hərəkətdə olan və göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib.

BAKU.WS xəbər verir ki, hadisə fırtına zamanı "Virgo Transport 8" gəmisində baş verib.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına əsasən, ekipajla əlaqə yerli vaxtla saat 02:00 radələrində hava şəraitinin kəskin pisləşməsindən sonra itib.

Gəminin sonuncu dəfə Banjarmasində yerləşən "SAR Basirih" körpüsündən təxminən 80 dəniz mili məsafədə olduğu müəyyən edilib.

Hazırda gəminin tapılması və göyərtəsindəki insanların xilas edilməsi üçün genişmiqyaslı axtarış əməliyyatı aparılır. İşlərə dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətlərinin əməkdaşları cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər