SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı qəzaya düşərək dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə qurumdan AzNews.az-a bildiriblər. Verilən məlumata görə, dünyasını dəyişən şəxs 24 yaşlı Nadir Köçərlidir. Televiziyanın quruluş rekvizit sexinin quruluşçu dekoratoru vəzifəsində çalışan N.Köçərli bu gün Xətai rayonunda şəxsi motosikleti ilə qəzaya düşüb.

Gənc dekorator hadisə yerindəcə dünyasını dəyişib.

Allah rəhmət eləsin!

BAKU.WS