Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib"

Prezidentin xüsusi nümayəndəsi: İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib
Sosial 25

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 20-dən çox kiçik su elektrik stansiyası (SES) tikilərək istifadəyə verilib.

BAKU.WS xəbər verir ki, bu barədə bunu report-a açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu gün ölkənin su resurslarının 30 %-ə yaxını məhz işğaldan azad olunmuş ərazilərdə formalaşır: "Bu, təkcə kənd təsərrüfatı üçün deyil, həm də alternativ enerjinin inkişafı üçün geniş imkanlar açır. Odur ki, müxtəlif su elektrik stansiyaları həm təmir olunub, həm də yeniləri tikilərək istifadəyə verilib. Əlbəttə, əvvəldən mövcud olmuş 80 su elektrik stansiyasını da nəzərə alsaq, alternativ enerjinin hasilatı baxımından kifayət qədər böyük potensial yaranır. İşğaldan azad olunmuş ərazilərdə yaradılan, qurulan və bərpa edilən yaşayış məntəqələrində alternativ enerji mənbələrindən istifadə etməkdə davam edəcəyik. Bunun geniş imkanları var".

Bundan başqa, Prezidentin xüsusi nümayəndəsi deyib ki, bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 15 600-dən çox insan yaşayır:

"Mən keçmiş məcburi köçkünləri nəzərdə tuturam. Eyni zamanda orada çoxlu sayda dövlət qulluqçusu, sahibkar fəaliyyət göstərirlər. Həmin ərazilərin bərpası beynəlxalq şəhərsalma, "ağıllı şəhər" və "ağıllı kənd" prinsiplərinə uyğun olaraq həyata keçirilir. Biz hər bir şəhərdə, yaşayış məntəqəsində çalışırıq ki, alternativ enerji mənbələrindən aktiv istifadə edək. Bunun ən bariz nümunələri yaşayış evlərinin üzərində yerləşdirilən günəş panelləridir. Bundan başqa, küçə işıqlandırılmasında da hibrid sistemli, yəni həm günəş enerjisindən, həm də şəbəkə enerjisindən istifadə edən işıqlandırma sistemlərindən yararlanırıq. Burada söhbət dayanıqlılıqdan, əlçatanlıqdan, dövlət xidmətlərinin əlyetərliyindən, vətəndaşların bir məntəqədən digər məntəqəyə qısa müddətdə yetişməsindən gedir. Bütün bunlar şəhərsalma prinsiplərində öz əksini tapıb və layihələrimizdə də öz əksini tapır. Biz çalışırıq ki, bu formada da onları icra edək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər