Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb

Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Hadisə 43

Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb.

Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib.

Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçunu axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər ölüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər