Mikayıl Cabbarov: "Son 5 il ərzində Azərbaycanda qeyri-neft sənayesində 50 faizlik artım qeydə alınıb"
Son 5 il ərzində Azərbaycanda qeyri-neft sənayesində 50 faizlik artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6 faiz təşkil edib. "Bu dövrdə qeyri-neft sənayesi 50 faiz böyüyüb, qeyri-neft-qaz ixracı isə iki dəfəyə yaxın artıb.
Ötən il qeyri-neft-qaz iqtisadiyyatının Azərbaycanın ümumi daxili məhsulundakı payı 71 faiz olub.
Proqnoza əsasən, bu göstəricinin 2030-cu ilədək 82 faizə çatdırılması nəzərdə tutulur".
Nazir qeyd edib ki, əsas prioritet nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçid etməklə Azərbaycan iqtisadiyyatını özəl sektorun rəhbərlik etdiyi, şaxələndirilmiş və ixracyönümlü modelə çevirməkdir.
Banu Hüseynli
Oxşar xəbərlər
"Card to card"a limit fonunda ödəniş kartlarının sayı yenidən artmağa başlayıb
Bu ilin avqust ayından Azərbaycanda "Card to card" əməliyyatlarına limit qoyulması fonunda ölkədə ödəniş kartlarının sayı yenidən artmağa başlayıb. BAKU.WS bu b...