SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycana külli miqdarda narkotik maddə gətirən şəxslər saxlanılıb.

Milli Təhlükəsizlik Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb.

Əməliyyst zamanı Cəlilabad rayon sakinləri Cəmil Şadyar oğlu Yunusov və İlham Sultanağa oğlu Seyfullayev şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Ziya Səccad

BAKU.WS