Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır"

Nazir: Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır
Sosial 33

"Uşaqların adı məktəbdədir, özü isə repetitor yanındadır".

BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə aid keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, məqsəd hər bir azərbaycanlı şagirdin gələcəkdə təmayül təhsil modeli vasitəsilə universitetlərə qəbul olmaq imkanının yaradılmasıdır:

"Gələcəkdə ali təhsil müəssisəsinə getmək istəyən şagird gəlib təmayül sinfində təhsil ala bilər. Amma kim istəyirsə repetitor yanına gedir, onda da bizim problemimiz yoxdur. Uşaqların adı məktəbdədir, amma özü repetitor yanındadır. Bu, səhvdir. Biz bunu həll etmək istəyirik. Təmayül siniflərinin əsas məqsədi şagirdlərin təhsil səviyyəsini yüksəltmək və onları ali təhsilə daha yaxşı hazırlamaqdır".

Zöhrə Pənah

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər