SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKU.WS