Bakıda polis rəisi və müavini canilərlə atışdı: "Vinçestr"lə rəis müavinini vurdular

Bakıda polis rəisi və müavini canilərlə atışdı: Vinçestrlə rəis müavinini vurdular
Hadisə 24814
Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado" markalı avtomobili izləyib.Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Nazirin qardaşı oğluna rəis vəzifəsi verildi

Nazirin qardaşı oğluna rəis vəzifəsi verildi

Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.“Report”un məlumatına görə, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ)...

9970 Siyasət 17:15 04 sentyabr 2017

Son xəbərlər