Bakıda yanğın baş verib. APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Binanın 3-cü mərtəbəsində ümumi sahəsi 97 kv/m olan 2 otaqlı mənzildə meydana gələn hadisə nəticəsində mənzilin yanar konstruksiyaları 28 kv/m sahədə yanıb. Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS