Bu gün Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.
BAKU.WS-in məlumatına görə, xalq artisti Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub. Hazırda aktyor xəstəxananın reanimasiya şöbəsində müalicə alır.
Muxtar Maniyevin həkimi Könül Kərimova BAKU.WS-ə açıqlamasında bildirib ki, əməliyyat uğurla keçib.
"Əməliyyat uğurlu keçib. Onun baldırının aşağı hissəsi kəsilib. Şəkər xəstəsi olduğu üçün ayaqda qanqrena (çürümə-Z.S.) gedirdi. Hazırda Muxtar Maniyevin nəbzi yaxşı vurur. Təzyiqi normaldır”, - deyə Könül Kərimova bildirib.
Qeyd edək ki, Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. O, Azərbaycan kinolarının demək olar ki, bir çoxunda rol alıb. M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.
Ziya Səccad
BAKU.WS
Xalq artistimizin ayağını kəsdilər
11
avq
2015
4 481