VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağsu rayonunda qətl törədilib.

BAKU.WS
-in lent.az saytına istinadən verdiyi məlumata görə, Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını bıçaqlayaraq qətlə yetirib.

Bildirilir ki, K.Şirinovla E.Eyyubova 3 il əvvəl boşanıb. Onların nikahından 2 azyaşlı körpəsi qalıb.

Boşandıqdan sonra onlar arasındakı münasibətlərdə gərginlik davam edib. Hətta E.Eyyubova keçmiş həyat yoldaşının aliment ödəməməsinə görə məhkəmə qarşısında iddia qaldırıb və məhkəmənin hökmü ilə 32 yaşlı Kabus 20 sutka müddətinə inzibati həbsə məhkum edilib. Oktyabrın 21-də həbsdən çıxan Kabus yenidən qonşu kəndə, keçmiş həyat yoldaşının evinə gedib. Uşaqlarını görmək üçün E.Eyyubovanın evinə gedən K.Şirinov burada onunla dalaşıb və münaqişə zəminində bıçağa əl atıb.

Qeyd edək ki, qətlə yetirilən qadın rayonun Hacıqədirli kəndində yerləşən 4 illik orta məktəbin direktoru imiş və həmin məktəbdə ibtidai sinif müəllimi işləyirmiş.

BAKU.WS