SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı iş adamı Telman İsmayılov uzun müddətdir ona qarşı irəli sürülən bütün ittihamlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Telman İsmayılov haqqında yalan məlumatlar yayıldığını bildirərək bütün ittihamları rədd edib.

“Çox məsələlərdə nələrdə ittiham olunmuşam. Amma heç biri təsdiqini tapmayıb. İndi də cinayət törətdiyimi deyirlər. Həyatım boyu heç bir cinayət törətməmişəm, iştirak da etməmişəm. Bunu sübut edə bilərəm. Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb. Haqqımda çox şey danışırlar, amma mənim də deyəcəklərim var”, - deyə T.İsmayılov vurğulayıb.

Noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.

Azərbaycanlı iş adamı sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.

Bundan başqa, T.İsmayılov həmçinin qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

BAKU.WS