SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb.

BAKU.WS
-in Report saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir.

Yağışın yaratdığı sel suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından, elektrik enerjisinin verilməsi dayandırılıb.

Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası nəticəsində təhlükə aradan qaldırılıb.

 

BAKU.WS