VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bir-birini bıçaqlayan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Dünənki davanın səbəbinə gəlincə, tanışlar arasında binanın qarşısında başlayan mübahisə daha sonra onların bıçaq götürərək bir-birinə hücum etməsi ilə nəticələnib. Bu zaman həm Vüqar Həsənov, həm də Elşən Məmmədov kəsilmiş deşilmiş xəsarətlər alıb. Lakin E.Məmmədovun qara ciyəri zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS