VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Moskvada 4 obyektdə bomba olduğu barədə polisə məlumat daxil olub.
 
BAKU.WS-in məlumatına görə, polislər bu məlumatdan dərhal sonra 4 obyektin ətrafını mühasirəyə alıb. 

Polisə ilk belə xəbərdarlıq günorta saatlarında gəlib. Moskvanın şimal-qərbində partlayıcı qurğu haqqında məlumat verilib. Telefonla zəng edən şəxs "Ladya" ticarət mərkəzində bomba olduğunu iddia edib. Hadisə yerinə gəlmiş xilasedicilər və polislər ərazini mühasirəyə alıb, bütün insanları təxliyyə edilib. 

Yarım saat ərzində daha üç belə xəbər polisə bildirilib. İndi polislər "Mitino" ticarət mərkəzində, "Solid-Kama" biznes mərkəzi və Baumansk küçəsində Nekrasov adına kitabxanada axtarışlar aparır. 

BAKU.WS