Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər
Fransalı alimlər 2 min dərəcədən yüksək temperatur və həddindən artıq təzyiq altında suyun yeni kristal quruluşunu müşahidə ediblər.
BAKU.WS xəbər verir ki, tədqiqatçılar su nümunələrini 2,3 milyon atmosfer təzyiqə və təxminən 2357 dərəcə temperaturda saxlayıblar.
Araşdırma nəticəsində suyun "superionik buz" adlanan, oksigen atomlarının sabit, hidrogen nüvələrinin isə sərbəst hərəkət etdiyi ekzotik vəziyyətə keçdiyi müəyyənləşdirilib.
Alimlər yeni quruluşun Uran və Neptun kimi buz nəhəngi planetlərin daxili quruluşunu və mürəkkəb maqnit sahələrini anlamağa kömək edə biləcəyini bildiriblər.
Araşdırmanın nəticələri "Physical Review Letters" jurnalında dərc olunub.
Oxşar xəbərlər
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istif...