İnsanları rüsvayedici video ilə şantaj edən dəstə ifşa olundu (FOTO)

İnsanları rüsvayedici video ilə şantaj edən dəstə ifşa olundu (FOTO)
Hadisə 1821

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb. BAKU.WS-in məlumatına görə, keçirilən tədbirlərlə onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhər sakini Gülnar Əhmədova da tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Qeyd edək ki, fotoları  təqdim edilən dəstə üzvlərinin cinayət əməllərindən başqa zərərçəkən şəxslər varsa, bu barədə aidiyyəti üzrə polis orqanlarına və ya 012-590-66-58 telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.   Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Sahibkarlardan 45 milyon manat alınaraq Dövlət Büdcəsinə verildi

Sahibkarlardan 45 milyon manat alınaraq Dövlət Büdcəsinə verildi

Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəal...

1788 Hadisə 12:59 13 oktyabr 2015

Son xəbərlər