
Bakıda bahalı geyimlərin satıldığı mağazada yanğın olub.
BAKU.WS-in məlumatına görə, yanğın Neftçilər prospektində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, mağazalarda satılan geyimlər satıcılar tərəfindən küçəyə çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Yanğın mətbəx hissəsində baş verib. Lakin yanğınsöndürənlər yanğının qarşısını vaxtında ala biliblər”, - deyə mətbuat xidmətindən bildirildi.
BAKU.WS