Şəhərin mərkəzində “Dolce & Gabbana” mağazasında yanğın (VİDEO)

Şəhərin mərkəzində “Dolce & Gabbana” mağazasında yanğın (VİDEO)
Video
Hadisə 2640
Bakıda bahalı geyimlərin satıldığı mağazada yanğın olub. BAKU.WS-in məlumatına görə, yanğın Neftçilər prospektində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, mağazalarda satılan geyimlər satıcılar tərəfindən küçəyə çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb. “Yanğın mətbəx hissəsində baş verib. Lakin yanğınsöndürənlər yanğının qarşısını vaxtında ala biliblər”, - deyə mətbuat xidmətindən bildirildi. BAKU.WS

Son xəbərlər