VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq böyük məbləğdə vəsait ödəməyə məcbur edilmiş sahibkarlar artıq Baş Prokurorluq yanında istintaq-əməliyyat qrupuna müraciət ediblər.

 

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə etibarlı mənbədən məlumat daxil olub. MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.


Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.


MTN-in 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, həbs olunan MTN-in vəzifəli əməkdaşları tərəfindən təzyiqlərə məruz qalan bəzi sahibkarların açıqlama və videogörüntüləri artıq yayımlanıb.


Təzyiqə məruz qalan sahibkarlardan biri – Maqsud Mahmudov ondan MTN-in Antiterror Mərkəzində 250 min manat pul tələb edildiyini deyib. Sahibkar 600 min manat dəyəri olan obyektini 120 min manata sataraq canını qurtardığını deyib.


Sahibkar deyib ki, nazirlikdə həmin məbləği ödəməyəcəyi təqdirdə, onun barəsində cinayət işi başlanılacağı bildirilib.


Videonu təqdim edirik:


Ziya Səccad

BAKU.WS