Abşeron rayonu Məmmədli Yeni yaşayış qəsəbəsində sakinlər aksiya keçirib. 

BAKU.WS məlumat verir ki, sakinlərin etirazına səbəb bir neçə gündür qəsəbəyə su verilməməsidir. Sakinlərin sözlərinə görə, qəsəbəyə su uzun müddətdir ləngimələrlə verilir. Artıq bir həftədir ki, ümumiyyətlə su verilmir.
 
Bu hal davam edərsə sakinlər Abşeron Rayonu İcra hakimiyyətinin qarşısına yığılacaqlarını bildiriblər.
 
Ayşən Ayxan 
BAKU.WS