VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gecə Cəlilabad rayonunda baş verən zəncirvari qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

BAKU.WS-in məlumatına görə, hadisə Ələt-Astra magistral yolunun Alar kəndindən keçən hissəsində baş verib.

Cəlilabad rayon Gülməmmədli kənd sakini Ağasəm Səfərovun idarə etdiyi "Mercedes" markalı mink maşını qarşı tərəflə hərəkət edən qoşqulu traktora, daha sonra əks tərəfdən gələn Cəlilabad royn sakini Elçin Muradovun idarə etdiyi "VAZ-2109” markalı avtomobilinə çırpılıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və "VAZ-21 09” marakalı avtomobildə olan sərnişin Razi Xəlilov ağır halda Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, sürücü Elçin Muradovun həyatını xilas etmək mükün olmayıb. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS