28 May küçəsində obyekt yandı
Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m. sahədə yanıb.
Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Elnur Məmmədovun ailəsində - Ağır itki
Xarici işlər nazirinin müavini Elnur Məmmədova ağır itki üz verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazir müavininin atası İsrafil Məmmədov vəfa...