27 dəfə qayda pozan və 18 cərimə balı olan "avtoş" həbs edildi - VİDEO
17
okt
2018
23:17
Bakıda polis avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb.BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, sürücü polisin ''saxla!'' əmrinə tabe olmayıb. Hətta daha bir qayda pozuntusuna yol verərək işıqforun qırmızı işığından da keçib.Yasamal rayonunda avtoxuliqanlıq edərək polisdən qaçan sürücünün görtüntüləri yol polisinin avtomobilindəki video qeydiyyat cihazı tərəfindən çəkilib.Sürücü Elçin Əhmədov minik maşını ilə Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib. O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. Bunu aşkar edən yol polisi sürücünü müşayiət edərək, təhlükəsizlik qaydalarını qorumaq şərti ilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.Sürücü izahatında həqiqətən də yol hərəkət qaydalarını davamlı şəkildə pozduğunu və avtoxuliqanlıq etdiyini bildirib. Onun barəsində araşdırma aparılan zaman ilin əvvəlindən saxlanılan günə qədər 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub.Elçin Əhmədov barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. Onun törətdiyi xətalar videogörüntülər vasitəsilə sübuta yetirilib və məhkəmə qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa, onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb.BAKU.WS
Oxşar xəbərlər
Yasamalı bir-birinə qatan avtoxuliqan həbs olundu – FOTO
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü...