SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar”ın yanındakı "Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb.

BAKU.WS xəbər verir ki, məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, əməliyyatçılar içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.


Məlumatı azadliq.info-ya verən şəxs bildirib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğludur.

 

BAKU.WS